AZ

Suriya münaqişəsində yeni mərhələ: Druzlar və kürdlər hökumətə qarşı hərəkətə keçdilər

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Suriyada Süveyda və Cəbal əl-Druz bölgələrindəki druz fraksiyaları yeni bir hərbi blok - muxtariyyət formalaşdırıblar. Bu birlik açıq şəkildə hakimiyyət əleyhdarı olan druzlar təriqətinin ruhani lideri şeyx Hikmət əl-Hicriyə sadiqdir. Bu isə Dəməşqdən tam qopma vəziyyətinə gətirib çıxarıb. Qrup ənənəvi rəhbərlik şurasını açıq şəkildə rədd edir, yalnız əl-Hicrini ruhani lider kimi tanıyır. Onların elan etdiyi əsas məqsəd druz torpaqlarını və kimliyini qorumaqdır, Suriya dövlətini yox.

Maraqlıdır ki, bunun fonunda kürdlərin formalaşdırdığı Suriya Demokratik Qüvvələri (SDQ) də Suriya hökumətinə qarşı silahlı hərəkətə keçib. Bütün bunlar isə Suriyada vəziyyətin hələ də gərgin və mürəkkəb olduğunu göstərir. Druz döyüşçülərin Dəməşqlə əlaqələri kəsməsi və öz muxtar hərbi bloklarını yaratması hökumətə qarşı açıq meydan oxumaqdır.

Eyni zamanda, SDQ-nin hərəkətə keçməsi bu münaqişənin hələ də ciddi hərbi qarşıdurmalarla davam etdiyini sübut edir. Ümumilikdə, Suriya münaqişəsi parçalanmış qruplar arasında davamlı mübarizə ilə daha da mürəkkəbləşir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, hazırda Suriyada faktiki olaraq bölünmə prosesini işə salmaq üçün mexanizmlər aktivləşdirilib:

"Süveyda (druzlar) açıq muxtariyyət tələbi qoyub və vahid silahlı komandanlıq ("Milli Qvardiya"/hərbi şura) formalaşdırır, hökumət isə həmin əyalətdə seçkini təxirə salıb. Şimal-şərqdə isə Suriya Demokratik Qüvvələri (SDQ), martda inteqrasiya razılaşmasına baxmayaraq, avqustda yenidən hökumət qüvvələri ilə toqquşdu. Bu iki xəttin üst-üstə düşməsi təsadüfi deyil, mərkəzlə gücləndirilmiş yerli idarəetmənin aradan qaldırılması tam "bölünmə"dən çox, "dərin mərkəzsizlik" yaratmaq planının olduğundan xəbər verir".

"İyul döyüşlərindən sonra druz qrupları "Milli Qvardiya" tipli vahid çətir yaratdılar və muxtariyyət çağırışları açıq şəkildə səsləndi, seçki isə Süveyda üçün təxirə salındı. Druz ruhanilərindən şeyx Hikmət əl-Hicri ardıcıl bəyanatlarla "ayrı region" ideyasını gündəmdə saxlamaqdadır. Martda Dəməşqlə "inteqrasiya dəstəyi" barədə anlaşma xəbərlərindən sonra avqustun 4-də Hələb istiqamətində SDQ ilə toqquşmalar yenidən alovlandı, bu isə razılaşmanın kövrəkliyini göstərdi. Nəticədə yeni hökumət Süveyda, Haseke və Rəqqada seçkibi təhlükəsizlik səbəbi ilə təxirə saldı. Bu, həm druz bölgəsində, həm də SDQ-nin nəzarətində olan ərazilərdə siyasi mərkəzləşmənin zəifliyini təsdiqləyir", - müsahibimiz hesab edir.

Ekspertin qənaətinə görə, hazırkı vəziyyət Dəməşqin nominal suverenliyini saxlasa da, Süveydanın, şimal-şərqin (SDQ) yerli təhlükəsizlik və idarəetmədə geniş səlahiyyətlə qaldıqlarını göstərir:

"Mərkəz hərbi güclə tam nəzarəti bərpa etməyə çalışsa, həm özünə qarşı müqaviməti artıra, həm də bölgədə marağı olan xarici aktorların (xüsusən İsrailin druz xətti üzrə, Türkiyənin şimal sərhədlərində) reaksiyası ilə üzləşə bilər. De-yure parçalanma (müstəqil dövlətlər) ehtimalı çox aşağıdır. Lakin de-fakto parçalanma/mərkəzsizlik artıq reallıqdır və dərinləşir. Süveyda üçün lokal təhlükəsizlik muxtariyyəti, SDQ zonalarında idarəetmənin qorunması, seçkilərin regional mərhələlənməsi - hamısı vahid mərkəzli nizama geri dönüşün uzaq olduğunu göstərir".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
oxu.az

1Mənbələr