AZ

Bermud sirri açılırmı? – Okeanoqraf nəhəng dalğaları göstərdi

Bermud

Britaniyalı okeanoqraf Simon Boksoll məşhur Bermud üçbucağında baş verən sirli yoxa çıxmaları qeyri-adi, amma təbii hadisə ilə izah edib. Onun fikirləri Daily Mail nəşrində yayımlanan “Bermud üçbucağının sirri” adlı sənədli filmdə təqdim olunub.🌊 “Dalğa-prizraklar” nəzəriyyəsiAlimin sözlərinə görə, Florida yarımadası, Puerto-Riko və Bermud adaları arasında yerləşən akvatoriyada 20–30 metr hündürlüyündə nəhəng tək-tək dalğalar — “dalğa-prizraklar” — digərlərinə nisbətən daha çox müşahidə olunur. Belə dalğaya rast gələn hətta iri gəmi də 2–3 dəqiqə ərzində suyun dibinə gedə bilər.🚢 Tarixi nümunə: “Cyclops”Boksoll misal kimi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Cyclops” adlı yük gəmisini göstərib. O, Birinci Dünya müharibəsi dövründə donanmanı təminatla məşğul idi, amma 1918-ci ildə Bermud üçbucağı yaxınlığında izsiz yoxa çıxmışdı. Alim hesab edir ki, gəmi də məhz bu nəhəng dalğaların qurbanı olub.🧪 EksperimentNəzəriyyəni sınamaq üçün Boksoll və Sauthempton Universitetindəki həmkarları gəminin miqyaslı modelini quraraq sınaqdan keçiriblər. Təcrübə göstərib ki, “Cyclops”un böyük ölçüləri və düz dib quruluşu onu anomal dalğalar qarşısında xüsusilə həssas edirdi.Ulusum.az

Diqqət Çəkənlər

Azərbaycanda xəyanət edənlər CƏRİMƏLƏNƏCƏK?

Bu gün Mehriban Əliyevanın doğum günüdür

İlon Maskdan iddia: Süni intellekt bazarı bloklanır

Seçilən
10
ulusum.az

1Mənbələr