AZ

WSJ: Tramp Rusiyaya “maksimum təzyiq”lə sülh planı qurur

WSJ:

The Wall Street Journal yazır ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandırmaq üçün özünün “ən effektiv strategiyasını” – yəni “maksimum təzyiq” siyasətini işə sala bilər. Baydenə tənqidTramp bildirib ki, Co Baydenin administrasiyası Ukraynaya yalnız müdafiə olunmağa icazə verirdi, hücuma yox. WSJ qeyd edir ki, bu sözlər ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verə biləcəyinə işarə ola bilər. “Əlcəkləri çıxarmaq”Məqalədə deyilir:“Trampın tənqidi açıq-aşkar bu məna daşıyırdı ki, ABŞ indi əlcəkləri çıxarıb Ukraynaya daha çox uzaqmənzilli raketlərdən istifadə edərək Rusiyanın dərinliyində daha çox hədəfi vurmağa icazə verə bilər. Belə xəbərdarlıq Putinə təzyiq göstərə və onu danışıqlar masasına əyləşməyə məcbur edə bilər.” Strategiyanın mahiyyətiMüəlliflərin fikrincə, Tramp bu mərhələdə “Rusiyanı sülhə inandırmağa çalışdığını, amma uğursuz olduğunu” deyə bilər. Növbəti mərhələdə isə onun başqa regionlarda tətbiq etdiyi “maksimum təzyiq” strategiyası gündəmə gəlir. Məqsəd – Putinə müharibəni davam etdirməyin çox baha başa gələcəyini anlatmaq.Ulusum.az

Diqqət Çəkənlər

Azərbaycanda xəyanət edənlər CƏRİMƏLƏNƏCƏK?

Bu gün Mehriban Əliyevanın doğum günüdür

İlon Maskdan iddia: Süni intellekt bazarı bloklanır

Seçilən
13
ulusum.az

1Mənbələr