AZ

Anton Kade “Auqsburq”da

İsveçrənin “Bazel” klubunun sağ cinah yarımmüdafiəçisi Anton Kade bundan sonra “Auqsburq”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

“Auqsburq” bu keçidə görə “Bazel”ə 2,25 milyon avro ödəyib. 21 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Anton Kade Almaniyanın “Herta” klubunun yetirməsidir. Berlin klubu onu “Bazel”ə 2022-ci ilin yayında 750 min avro müqabilində satmışdı. Almaniyalı futbolçu İsveçrə klubunun əsas komandasında 107 oyun keçirib, 13 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Almaniyanın U-16, U-17 və U-19 yığmalarında oynamış gənc vingerə əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
112
arena.az

1Mənbələr