AZ

Yenidən İtaliyada top qovacaq

Nemanya Matiçin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, o, yenidən İtaliyada top qovacaq. Serbiyalı futbolçu azad agent kimi “Sassuolo” ilə birillik müqavilə bağlayıb. Tərəflər müəyyən şərtlər daxilində müqavilənin müddətini daha bir il artıra bilərlər.

Nemanyanın sonuncu klubu ötən mövsüm formasını daşıdığı “Renn” olub. 37 yaşlı yarımmüdafiəçi İtaliyada daha əvvəl bir il “Roma”da çıxış edib.

Seçilən
83
football-plus.az

1Mənbələr