AZ

Ərəb ölkəsi tarixində ilk: Dünyanı burdan müşahidə edəcəklər

Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünyanın ən hündür binası tikilir. 

News24.az xəbər verir ki, layihə başa çatdıqda “Jeddah Tower” adlanan yeni göydələn hündürlüyünə görə Dubaydakı 828 metrlik "Burj Khalifa"nı geridə qoyacaq. 

Yeni binanın qülləsinin hündürlüyü 1000 metrdən, mərtəbələrinin sayı isə 130-dan artıq olacaq.

Bina otel, ofis və yaşayış mənzilləri üçün nəzərdə tutulub. Onun 157-ci mərtəbəsində dünyanın ən yüksək müşahidə meydançası qurulacaq. Binada 59 adi, 5 ikiqatl lift və 12 eskalator işləyəcək. Mütəxəssislər bildirir ki, Orta Şərq sərmayə gücü ilə belə layihələrdə önə çıxır. “Jeddah Tower” Səudiyyə Ərəbistanı iqtisadiyyatının genişləndirilməsində simvol hesab olunur.


Seçilən
69
1
news24.az

2Mənbələr