2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində duru yanacağın qiyməti 2024-cü ilin müvafiq dövrünə nisbətən 42,7% artıb.
Bakues.az bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, hesabat dövründə bərk yanacağın qiyməti ötən illə müqayisədə 6,1% artıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə duru yanacağın qiymətində artım olmayıb, bərk yanacağın qiymətində isə 5,1% artım olub.