AZ

“Təsadüf” yoxsa qəsdən? – Zəhərli göbələk qalmaqalı dünyanı silkələdi

“Təsadüf”

2025-ci ilin yayında Avstraliyada baş verən hadisə bütün dünyada rezonans doğurdu. Evdar qadın Erin Patterson ailə üzvlərini süfrəyə dəvət edərək, onlara zəhərli göbələklərdən hazırlanmış yemək təqdim edib. Nəticədə bir neçə nəfər həyatını itirib.Məsələni daha qalmaqallı edən isə qadının çox uzun müddət hadisəni “təsadüfi zəhərlənmə” kimi göstərməyə çalışması olub. Patterson istintaqa və mediaya dəfələrlə bunun “adi səhv” olduğunu sübut etməyə cəhd etsə də, prokurorluq qəsdən adam öldürmə versiyasını əsas götürüb.Hadisə qısa zamanda trü-kraym (Detektiv janrı) hekayəsi kimi qlobal diqqət çəkib.Xatırladaq ki, tarixi mənbələrdə Yekaterina Medici sarayda zəhərlərdən ustalıqla istifadə edən hökmdar kimi tanınır. Ədəbiyyatda isə Agata Kristinin detektiv romanlarında zəhər ən sevimli cinayət vasitələrindən biri olub. Maraqlıdır ki, Erin Patterson-un özü də detektiv əsərlərin və trü-kraym janrının pərəstişkarı imiş.Ekspertlərin fikrincə, bu hadisə sadəcə kriminal hadisə deyil, həm də ictimai-sosial fenomenə çevrilib – evdar qadının qəfil “cinayətkar” obrazı cəmiyyətin trü-krayma olan marağı ilə üst-üstə düşüb.Ulusum.az

Diqqət Çəkənlər

Kolon xərçənginə qarşı yaşıl qalxan

Azərbaycanda xəyanət edənlər CƏRİMƏLƏNƏCƏK?

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Seçilən
5
ulusum.az

1Mənbələr