Ukrayna artıq tərəfdaşları ilə potensial təhlükəsizlik təminatlarını müzakirə edir. Əsas şərtlərdən biri belə təminatların hüquqi müstəvidə olmasıdır.
XəzərNews.az"Ukrinform" a istinadən xəbər verir ki, bunu Benilüks ölkələrindən olan həmkarları ilə görüşündən sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Sibiqanın fikrincə, Ukraynanın təhlükəsizlik təminatı məsələsində sürətli nəticələr əldə etməsi vacibdir, Vaşinqtonda keçirilən görüşlərdən sonra bu məqsədlə danışıqlar aparan qruplar yaradılıb.
O, aydınlaşdırıb ki, təminatların ən mühüm və əsası olan hərbi elementi artıq milli təhlükəsizlik müşavirləri səviyyəsində müzakirə olunur.
Qeyd edək ki, təhlükəsizlik təminatlarını hazırlamaq üçün bir neçə görüş keçirilib.
Xəbər 1 dəfə oxunub.