AZ

Suriya Prezidenti: "İŞİD-in qurbanıyam" , "Golan təpələri qaytarılmalıdır"

Hurriyyet.az xəbər verir ki, Suriya Prezidenti Əhməd Əl Şaraa İŞİD təşkilatının ən böyük qurbanı olduğunu bəyan edib.

Suriya Prezidenti Əhməd Əl Şaraa "Müsəlman qardaşlar" hərəkatına daxil olduğu barəsində açıqlamaları təkzib edib və özünü "İŞİD terror təşkilatının əsas qurbanı olduğunu" söyləyib.

"Al Arabiya" telekanalı Küveytin "Əl Nahar" qəzetinə istinadla bu barədə məlumat verib.

Əl Şaraa regionda bütün milli və islami ideologiyaların iflasa uğradığını qeyd edib.

Onun sözlərinə görə, ölkə daxilində istənilən separatçı çağırışlar xülya olaraq qalacaqdır, kürdlər və Süveyda sakinləri ilə razılaşmalar isə yalnız Suriyanın bütövlüyü çərçivəsində müzakirə edilməlidir.

İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı sualı cavablandıran əl-Şaraa bildirib ki, bu, yalnız Golan təpələrinin qaytarılması və 1974-cü il müqaviləsinin həyata keçirilməsi ilə mümkün olacaq.

Şaraa deyib: "Bu şərtlər yerinə yetirilmədən sülh sazişindən söhbət gedə bilməz".

Hürr Tərcüman

 

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr