AZ

“İmişli” kolumbiyalı futbolçu transfer etdi

“İmişli” kolumbiyalı müdafiəçi Edvin Banqeranı sıralarına cəlb edib.

Tribunainfo.az xəbər verir ki, klubdan verilən məlumata görə, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sol cinah müdafiəçisi Portuqaliyanın II Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.

Bunadək o, “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.

Seçilən
36
6
tribunainfo.az

10Mənbələr