AZ

Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Türkiyədə komando kursunda iştirak edir

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularından ibarət növbəti heyət “Dağ komando kursu”nda iştirak etmək üçün qardaş ölkənin İsparta şəhərinə yola düşüb.

Bu barədə Ölkə.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədiləcək.

Qeyd edək ki, keçirilən kursun əsas məqsədi komando bölmələrinin döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Seçilən
4
29
olke.az

10Mənbələr