AZ

Rəşad Sadıqovun Zirə dən göndərilən köməkçisi Neftçi də çalışacaq

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Zirə"dən ayrılan Eltun Yaqublu "Neftçi"dən dəvət alıb.

Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, "ağ-qaralar"ın rəsmiləri Rəşad Sadıqovun keçmiş köməkçisi ilə əlaqə saxlayaraq, onu iş təklifi edib.

Gənc mütəxəssisdən burada seleksiya fəaliyyəti ilə məşğul olması istənilib.

Yaqublu razılaşarsa, əsas komandanın transfer siyasətinin konturlarını müəyyənləşdirəcək. Bunun üçün ona yüksək əməkhaqqı vəd olunub.

E.Yaqublu 2020-ci ildən Rəşad Sadıqovun məşqçilər heyətində yer alırdı. 33 yaşlı yardımçı ilə qəsəbə təmsilçisi arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
oxu.az

1Mənbələr