AZ

Ən böyük arzusu kor olmaq idi, gözlərini yandırdı FOTO

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünyada qeyri-adi arzuları olan çox sayda insan var. ABŞ-nin Şimali Karolina ştatında yaşayan Cuil Şupinq öz arzusu ilə yəqin ki, hər kəsdən fərqlənir.

Ölkə.Az xəbər verir ki, Cuilin uşaqlıdan bəri ən çox istədiyi şey kor olmaq olub. Buna səbəb isə onun psixi xəstəliyidir.

Cuil deyir ki, onu kor edəcəyini düşündüyü üçün uşaq olarkən saatlarla dayanmadan Günəşə baxıb. İşə yaramadığını gördükdə isə gözlərinə kanalizasiya açan zərərli maddə tökməyə qərar verib.

21 yaşı olanda bunu etmək üçün bir psixolqu razı salıb. O, deyir ki, 2006-cı ildə “anlayışlı” psixoloqun köməyi ilə həyatdakı ən böyük arzusunu gerçəkləşdirib.

“Mən həqiqətən də hiss edirəm ki, anadangəlmə kor olmalıydım. 3-4 yaşım olanda anam məni gecələr dəhlizlərdə gəzəndə tapardı. 6 yaşım olanda yadımdadır ki, kor olmağı düşünmək məni rahat hiss etdirdi”.

Cuil gözünə kimyəvi madə tökülən anı belə xatırlayır:

“Sizə deyim ki, ağrıdırdı. Gözlərim qışqırırdı və kanalizasiya təmizləyicisi yanağımdan aşağı töküldükcə dərimi yandırırdı. Düşünə bildiyim tək şey “kor oluram, yaxşı olacaq” idi”.

C.Şupinq deyir ki, bu arzusuna görə, 20 yaşına çatmamış Brayl şriftini (görmə məhdudiyyətlilər üçün yazı sistemi) artıq oxuya bilirdi.

Bu prosesdən sonra 30 dəqiqə gözləyib, daha sonra Şupinq xəstəxanaya aparılıb. Həkimlər onun görmə qabiliyyətini xilas etmək üçün çalışsa da, gözə artıq qalıcı xəsarət yetirilmişdi.

Növbəti altı ay ərzində isə onun görmə qabiliyyəti getdikcə azalıb.

Gənc qız öz istəyini reallaşdırdıqdan sonra ailəsi onunla əlaqəni kəsib. Bununla belə, Şupinq özünü çox xoşbəxt hiss edir və peşman olmadığını deyir.

Qeyd edək ki, Cuilin bədən bütövlüyü disforiyası (BID) var. Bu, əlil olmaq arzusu ilə xarakterizə olunan nadir psixi xəstəlikdir. BID olan bəzi insanlar öz (sağlam) əzalarını amputasiya edirlər. 

Bəzi həkimlər BID xəstələrinə sağlam əzalarını amputasiya etməyə kömək edirlər. Bu vəziyyət də etik baxımdan müzakirə olunur.

Şotlandiyada bir həkim BID olan insanların sağlam üzvlərini amputasiya etdikdən sonra tibbi lisenziyası əlindən alınıb.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
olke.az

4Mənbələr