AZ

Çin peykləri məhv etməyə qadir olan HQ-29 hava hücumundan müdafiə sistemini təqdim edib

Çin

Çin Xalq Azadlıq Ordusu yeni HQ-29 uzaqmənzilli hava hücumundan müdafiə sistemini təqdim edib.

Bu sistem Pekində sentyabrın 3-nə planlaşdırılan hərbi paradın məşqləri zamanı müəyyən edilib, "Military Watch Magazine" yazır.

Çin mediası yeni məhsulu "peyk ovçusu" adlandırır. Nəşr qeyd edir ki, onun məqsədi Rusiyanın S-500-lərinə bənzəyir, lakin görünür, ballistik raketlərdən çox peyklərlə mübarizəyə daha çox diqqət yetirilir.

MWM yazır: "HQ-29 Çinin uzun mənzilli hava hücumundan müdafiə imkanlarına yeni qat əlavə edir". HQ-29 sisteminin Qərb dünyasında analoqu yoxdur və Çin 2021-ci ildə S-500-dən istifadə etməyə başlayan Rusiyadan sonra belə bir sistemi qəbul edən ikinci ölkədir, MWM yekunlaşdırır.

Cavid

Seçilən
12
1
xalqcebhesi.az

2Mənbələr