Hurriyyet.az xəbər verir ki, Londonla İrəvan strateji tərəfdaş olmağa hazırlaşırlar.
Avqustun 26-da, İrəvanda Ermənistanla Böyük Britaniya arasında Strateji dialoqun ikinci mərhələsi keçirilib.
Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan X səhifəsində məlumat verib. Məlumata görə, dialoqda Britaniya tərəfini Birləşmiş Krallığın Avropa, Şimali Amerika və xarici ölkələr üzrə dövlət katibi Stiven Dauti təmsil edib.
Böyük Britaniya-Ermənistan Strateji Dialoqunun ilk iclası 2023-cü ildə Londonda keçirilib.
Qeyd edək ki, Dauti ötən gün Azərbaycanda səfərdə olub.
Hürr Tərcüman