AZ

Kamila Usmanova: İqlim dəyişikliyi ilə bağlı əməkdaşlığa ümid edirik

Şamaxı, 26 avqust, AZƏRTAC

Azərbaycanın Şamaxı şəhərində gənc pedaqoqların bir araya gəlməsi çox önəmlidir. Biz iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığa, əlaqələrin qurulmasına ümid edirik.

Bu barədə AZƏRTAC-a müsahibəsində “COP29 İqlim Dəyişmələri üzrə ikinci yay düşərgəsi”nin iştirakçısı, Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən və IDEA Mərkəzi Asiya üzrə İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis olan Kamilа Usmanova bildirib.

O deyib ki, Azərbaycan və Qırğızıstan arasında iqlim dəyişmələri sahəsində uğurlu əməkdaşlıq üçün güclü potensial var. “Gənclərin bu sahədə hansı dəyişikliklər edə biləcəkləri çox vacibdir. Bizim bu gün həyata keçirdiklərimiz çox önəmlidir. Bu gün göstərdiyimiz fəaliyyət gələcəyimizi müəyyən edir”, - deyə o diqqətə çatdırıb.

Seçilən
1
2
azertag.az

3Mənbələr