AZ

Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb

Azərbaycanın tikinti materialları ilk dəfə “Alibaba.com” platformasında öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdə yer alıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.

Mərkəzin operatoru olduğu “Azexport” portalının dəstəyi ilə əldə edilən nəticə elektron ticarətdə yerli istehsalçılar üçün yeni imkanlar açıb.

“Azexport” rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycan məhsullarının qlobal bazarda yüksək mövqeyə yüksəlməsi şirkətlərin rəqəmsal ticarətə daha çox yönəlməsini tələb edir. Onun sözlərinə görə, artıq sifariş sorğuları daxil olub və danışıqlar aparılır.

Portal sahibkarları təmənnasız ixrac imkanlarından yararlanmağa və qeyri-neft ixracının rəqəmsal bazarlarda gücləndirilməsinə dəvət edir.

Gülnar

Seçilən
9
anews.az

1Mənbələr