Ağstafa rayonunda meşə sahəsində yanğın güclənib.
Ekologiya.az bildirir ki, Ağstafa rayonun Tatlı, Yuxarı Göycəli, Dağ Kəsəmən kəndləri ərazisində başlayan yanğının söndürülməsinə ətraf rayonlardan əlavə qüvvə cəlb edilib.
Məlumatına görə, rayonun Hayvalı adlanan meşə sahəsindəki yanğını söndürmək üçün ümumilikdə 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.
Çox sayda canlı qüvvə əsasən Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə cəlb olunub.