Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
16 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Çempionatının B divizionunda qrup mərhələsində son oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, yığmamız son görüşdə Lüksemburq kollektivi ilə qarşılaşıb və 55:74 hesabı ilə məğlub olub. Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Qeyd edək ki, qızlarımız daha öncə Slovakiyaya (62:70), Niderlanda (49:81), İsveçə (54:87) uduzublar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.