AZ

İran Ukraynanın iranlılar üçün vizasız gediş gəlişi ləğv etmək qərarına cavab verəcək

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın İranla diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş haqqında anlaşma memorandumunu ləğv etmək qərarından sonra Tehran Kiyevə qarşı cavab tədbirləri görəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib.

"Ukraynanın diplomatik pasportları olan İran vətəndaşları üçün vizasız gediş-gəlişi ləğv etmək qərarına cavab tədbirləri görəcəyik. Təfərrüat üzərində iş aparılır", - Bəqai mətbuat konfransında bildirib.

Xatırladaq ki, avqustun 20-də Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bəyan edib ki, Nazirlər Kabineti 1993-cü ilin martında imzalanmış diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş haqqında İranla anlaşma memorandumuna xitam verib. 2024-cü ilin noyabrında Kiyev, həmçinin Tehranla 1993 saylı hava nəqliyyatı barədə müqaviləni də ləğv edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
oxu.az

1Mənbələr