AZ

Laçında Yusif Mirzənin “31 il sonra” sərgisi açılıb FOTOLAR

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avqustun 26-da Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yurd Gallery”də gerçəkləşib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Açılışda çıxış edən rəsmi şəxslər sərginin təkcə incəsənət hadisəsi deyil, həm də Azərbaycan Ordusunun tarixi Zəfərinin və şəhidlərimizin xatirəsinə ehtiramın təcəssümü olduğunu vurğulayıblar.

Ekspozisiyada rəssamın “Laçın etüdləri”ndən başlayaraq Vətən həsrəti və azad torpaqların dirçəlişindən ilhamlanan əsərləri təqdim olunur. Əl işləri Laçının təbiətini, Qarabağ ruhunu və keçmişlə bu gün arasında qurulan sənət körpüsünü əks etdirir.

1959-cu ildə Laçının Sadınlar kəndində anadan olan Yusif Mirzə Azərbaycanla yanaşı, BƏƏ, Türkiyə, Fransa, Norveç və digər ölkələrdə sərgilərdə iştirak edib, əsərləri isə dünyanın bir çox şəxsi kolleksiyalarında saxlanılır.

Sərgi 26 avqust – Laçın Şəhəri Günü münasibətilə təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
4
bakivaxti.az

5Mənbələr