AZ

Azərbaycan və ABŞ arasında Çərçivə Sazişinin imzalanması üçün ilkin müzakirə aparılıb

Vaşinqtonda tarixi görüşdən sonra Azərbaycan və ABŞ arasında Çərçivə Sazişinin imzalanması üçün əlverişli şərait yaranıb və ilkin müzakirə aparılıb.

 

Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Nazir bildirib ki, enerji sahəsində maliyyələşmə ABŞ-la Azərbaycan arasında əməkdaşlıqda mühüm məsələlərdən biri olaraq qalmaqdadır.

 

Mikayıl Cabbarov qeyd edib ki, ölkəmizin bölgə və dünyada enerji təhlükəsizliyinə verdiyi töhfə görüşlərdə xüsusilə qeyd edilib: “Azərbaycanın zəngin enerji resursları, o cümlədən bərpaolunan enerji ehtiyatları da diqqət çəkib”.

Tarix: 26 Avqust 2025, 16:12   
Seçilən
0
24
pravda.az

10Mənbələr