AZ

Qırğızıstanda 4,1 bal gücündə zəlzələ olub

Qırğızıstan ərazisində 4,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoproqnoz Monitorinq Mərkəzindən verilən məlumata görə, zəlzələnin episentri Botken şəhəri rayonunda yerləşib, ocaq isə təxminən 10 kilometr dərinlikdə formalaşıb.

Yeraltı təkanlar yalnız Qırğızıstanda deyil, həm də qonşu Özbəkistanın Fərqanə vilayətindəki bir neçə yaşayış məntəqəsində hiss olunub.

Seçilən
38
far.az

1Mənbələr