AZ

Rusiya Donetskə zərbə endirib, 150-yə yaxın şəxs şaxtada qalıb

Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki 5 yaşayış məntəqəsini atəşə tutması nəticəsində 148 nəfər kömür şaxtasında qalıb.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, atəş nəticəsində yerli şaxtalardan bir hissəsi elektrik enerjisindən məhrum olub, nəticədə mədənçilər oradan çıxa bilmirlər.

Yerli sakinlərin sözlərinə görə, Dobropolye, Belozerskoye, Annovka, İverskoye və Svyatoqorovka atəşə tutulub.

Seçilən
8
4
report.az

5Mənbələr