AZ

"Ümid edirəm ki, Trampın Rusiyaya qarşı səbri tükənəcək" - Stubb

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ lideri Donald Trampın Rusiyaya qarşı səbrinin tükənəcəyinə ümid edir.

Missiya.Az xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb. 

Ukrayna ilə bağlı sülh danışıqlarının gedişatı barədə suala cavab verən Stubb bildirib ki, ümid edirəm ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səbri tükənəcək:

"Biz Ukraynanın öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünü mümkün qədər qoruyub saxlaması üçün əlimizdən gələni edəcəyik", - Stubb əlavə edib. 

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putini yalnız Rusiya ilə ticarəti davam etdirən və ya Rusiya hərbi sənayesinə kömək edən ölkələrə tariflər tətbiq etməklə sülhə məcbur etmək olar:

“Putini sülh bağlamağa inandıra biləcək yeganə şəxslər çox güman ki, Qərbdə deyil, Şərqdədir”, - o yekunlaşdırıb. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
15
2
missiya.az

4Mənbələr