“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.
Sportal.az xəbər verir ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.
Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.
Qeyd edək ki, "Zirə" Rövlan Muradovu yay transfer pəncərəsi zamanı heyətinə qatıb.
saytlarin hazirlanmasi