AZ

Qarpız yeyərkən bu iki səhvə yol verməyin!

Yay fəslinin sevimli meyvəsi olan qarpız sərinləşdirici və dadlı olsa da, düzgün istehlak edilmədikdə zəhərlənmə riski yarada bilər.


Pravda.az qarpız yeyərkən insanların ən çox buraxdığı iki təhlükəli səhvə diqqət çəkib.


Qarpızın xarici qabığına diqqət


Mütəxəssislər bildirirlər ki, qarpızın üzərində bakteriya və pestisid qalığı ola bilər. Əgər qabığını yuyulmadan kəsərsə, bıçaq vasitəsilə bu mikroblar meyvənin içinə keçə bilər.


Kəsilmiş qarpızı uzun müddət saxlamayın


Digər səhv isə kəsilmiş qarpızın günlərlə soyuducuda saxlanılmasıdır. Yüksək şəkər və su tərkibli qarpız bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Bu səbəbdən dilimlənmiş qarpız soyuducuda maksimum iki gün saxlanmalıdır.


Əminə Bayramova 

Tarix: 26 Avqust 2025, 15:20   
Seçilən
32
pravda.az

1Mənbələr