AZ

Aqrar Sığorta Fondunun ödəniş etdiyi rayonların sayı 40-ı keçib

Bu ilin I yarısında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərlər üzrə 41 rayonda ödəniş edib.

"Report" Fonda istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə rayonların sayı 4 vahid artıb.

Yanvar-iyun aylarında Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Xocalı, Beyləqan, Şəki, Samux, Sabirabad, Qax, Balakən, Yevlax, İsmayıllı, Kürdəmir, Zaqatala, İmişli, Qobustan, Goranboy, Bərdə, Xocavənd, Göyçay, Ağdam, Şamaxı, Xaçmaz, Qəbələ, Şəmkir, Yardımlı, Astara, Qusar, Neftçala, Oğuz, Zərdab, Masallı, Lerik, Ağdaş, Xızı, Cəbrayıl, Cəlilabad və Siyəzən rayonlarının fermerləri ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi alıb.

Seçilən
6
2
report.az

2Mənbələr