AZ

Xocavənd və Ağdərə rayonlarında yanğınları söndürmək üçün təxirəsalınmaz tədbirlər görülür  

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də, yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Seçilən
10
43
azerbaijan-news.az

10Mənbələr