AZ

“İmişli” üçün kolumbiyalı gəlir

Misli Premyer Liqasının ilk 2 turunda 1 xal toplayan “İmişli” transfer bazarında yenidən hərəkətə keçib.

İdman.biz xəbər verir ki, “Turan Tovuz”a 0:1 hesabıyla uduzub, “Neftçi” ilə 0:0 oynayan Aran təmsilçisi düşərgəsinə daha bir legioner gətirib.

Edvin Banquera artıq Azərbaycandadır. 29 yaşlı müdafiəçi Kolumbiyadandır.

Cənubi amerikalı bura Portuqaliyanın III Liqasından dəvət olunub. O, 2023-cü ildən “Felgueiras”nin formasını geyinib.

Banqueranın karyerası yalnız Portuqaliya ilə bağlıdır. 2017-ci ildən “Salqueyros”, “Jil Visente”, “Sportinq da Covilha”, “Felqueyras” və “Mafra”nın uğurları üçün tər töküb.

Premyer Liqanın debütantı onunla 1 illik anlaşıb.

Qeyd edək ki, “İmişli” daha öncə 14 oyunçu ilə münasibətlərini rəsmiləşdirib.

İdman.biz

Seçilən
159
idman.biz

1Mənbələr