AZ

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

Elmin Məmmədov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur. Azərbaycanın sıx siyasi və iqtisadi əlaqələrə malik olduğu ölkələrdən biri də Türkmənistandır. Azərbaycan-Türkmənistan əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Çünki Türkmənistan dövləti hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarına böyük hörmətlə yanaşmış və dünya siyasi arenasında ölkəmizi diplomatik istiqamətdə daima dəstəkləmişdir. Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfəri də Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin daha da inkişafına və genişlənməsinə verdiyi xüsusi önəmin təcəssümüdür.

Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Hər iki xalq həm də XX əsrdə eyni taleyi bölüşüblər. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il iyun ayında yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır.

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər.

Ölkə Prezidenti bəyanatla çıxış edərək bildirdi ki, "Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır."

Qeyd edək ki, Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də hər iki ölkənin yeni logistika infrastrukturları yaratması həm qarşılıqlı ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırıb.

Seçilən
18
1
yeniazerbaycan.com

2Mənbələr