AZ

Moskvada miqrantları elektron tətbiq vasitəsilə izləyəcəklər

Sentyabrın 1-dən etibarən Rusiyanın paytaxtı Moskvada miqrantları izləməyə imkan verəcək elektron tətbiq istifadəyə veriləcək.

Bu barədə Moskva meri Sergey Sobyanin "İnterfaks"a müsahibəsində deyib.

Sergey Sobyaninin sözlərinə görə, Moskvanın icra qurumları miqrantların nəzarətdə saxlanılması məqsədilə "Moskva regionunda bir sıra eksperimentlərin aparılmasına" icazə alıblar.

Moskva meri qeyd edib ki, bütün hava limanlarında miqrantların biometrik nəzarəti tətbiq olunub. Həmçinin Moskva ərazisində miqrantların bütün məlumatları daxil edilmiş "elektron kart" istifadəyə veriləcək.

"QR-kod vasitəsilə polis həmin şəxslə bağlı hər şeyi öyrənə bilər - nə vaxt gəlib, hansı müddətə, harada işləyir, miqrasiya pozuntusu var, ya yox. Əgər qırmızı işıq yanırsa, polisin onu saxlaması vacibdir. Yaşıldırsa, heç bir sual yaranmır", - deyə mer vurğulayıb.
Seçilən
52
16
7news.az

10Mənbələr