AZ

Finlandiya və Polşa bataqlıqları bərpa etməyi planlaşdırır

Finlandiya və Polşa hakimiyyəti ölkələrin təhlükəsizliyini təmin etmək və ekoloji problemləri həll etmək üçün bataqlıqları bərpa etməyi nəzərdə tutur.

Doğru.az xəbər verir ki, Politico mənbələrinin məlumatına görə, bu qərar sərhədlərin qorunmasına imkan verəcək və hərbi texnikanın hərəkətini çətinləşdirəcək.

Nəşrdə qeyd olunur ki, bataqlıqların bərpası təkcə Rusiyanın mümkün hücumuna hazırlıq deyil, həm də ekoloji üstünlüklər daşıyır. Torf bataqlıqları düşmən tanklarını ləngitməklə yanaşı, karbon qazını udaraq iqlimə müsbət təsir göstərir.

Xatırladaq ki, bundan əvvəl Hollandiyanın Polşaya iki “Patriot” hava hücumundan müdafiə sistemi və 300 hərbçi göndərəcəyi bildirilmişdi.

DOĞRU.AZ

Seçilən
45
1
dogru.az

2Mənbələr