AZ

Düşündüm ki, nəhayət bu il universitetə qəbul olmalıyam - 55 yaşlı tələbə

2025-2026-cı illərdə universitetə daxil olanlar arasında yaşca ən böyük şəxs Vəfa Cəfərovadır. O, subbakalavr kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.

Ölkə.az xəbər verir ki, modern.az 55 yaşında tələbə adını qazanan Vəfa Cəfərova ilə həmsöhbət olub. 

O bildirib ki, bu ilk təhsili deyil. Daha əvvəl 1987-ci ildə Bakı İnşaat Texnikumuna qəbul olub.

"2019-cu ildə isə Azərbaycan Neft və Sənaye Universitetinə (ADNSU) qəbul olunsam da, həmin il Elm və Təhsil Nazirliyi tərəfindən qəbul olduğum ixtisas təsdiq olunmadı, ADNSU-dan 2024-cü ildə subbakalavr olmaq üçün Neft Kollecinə göndərilmişəm. Keçən il Azərbaycanda olmadığım üçün sənədlərimi verə, bu səbəbdən universitetə daxil ola bilmədim. Bu il sənədlərimi verdikdə düşündüm ki, nəhayət bu il universitet tələbəsi olmalıyam, başqa yolum yoxdur". 

V. Cəfərova bildirib ki, universitetə bu yaşda daxil olmağının əsas səbəbi oxumağı sevməyidir. 

"Hazırda Azəriqaz İstehsalat Birliyində mühəndis kimi işləyirəm. Həm oxumaq, həm də işləməyin çətin olduğunu bilirəm, amma çalışacam ki, bunu da bacarım". 

Seçilən
58
12
olke.az

10Mənbələr