AZ

“Ailənin dəyər daşıyıcısı. Ana və Qadın” layihəsi çərçivəsində silsilə təlimlər təşkil olunub

“Ailənin dəyər daşıyıcısı. Ana və Qadın” layihəsi çərçivəsində silsilə təlimlər təşkil olunub.

Tədbirlər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Təhsilli Gələcək Təhsilin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilib. Təlimlərin əsas məqsədi qadınların şəxsi inkişafına, sosial rollarında balans yaratmasına və sağlam ailə münasibətlərinin formalaşdırılmasına dəstək göstərmək olub.

Klinik psixoloq Səma Süleymanovanın fasilitatorluğu ilə keçirilən 7 təlimdə 140 nəfər iştirak edib. Proqramda qadın şəxsiyyətinin formalaşması, analıqla bağlı psixo-emosional çətinliklərin idarə olunması, ailədaxili münaqişələrin qarşısının alınması, stressin idarə edilməsi, valideynlikdə gender fərqləri və ana-övlad bağlanması kimi mühüm mövzular əhatə olunub.

Təlim interaktiv metodlarla aparılıb, iştirakçılar arasında aktiv müzakirələr və təcrübə paylaşımları təşkil olunub. Layihə rəhbəri Sona Əliyeva bildirib ki, bu cür təşəbbüslər qadınların həm fərdi inkişafına, həm də ailə münasibətlərinin gücləndirilməsinə mühüm töhfə verir. Hər bir təlimin sonunda iştirakçılara maarifləndirici kitabçalar paylanılmış, həmçinin elektron formada da əldə etmək istəyənlərə göndərilmişdir. Mir.az və Eduroom.az saytlarında maarifləndirici kitabçalar dərc olunmuş və geniş oxucu kütləsinə təqdim olunmuşdur.

Seçilən
64
4
tribunainfo.az

10Mənbələr