AZ

Azərbaycanla Rusiya arasında münasibətlər hələ də gərgindir və bu gərginliyin səbəbkarı Rusiyadır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət olunublar, cümə günü Çinin xarici işlər nazirinin köməkçisi Liu Bin bildirib. Bu barədə Sinxua agentliyi məlumat yayıb. Liu Binin sözlərinə görə, Çin beşinci dəfə ŞƏT sammitinə ev sahibliyi edəcək ki, bu da təşkilatın yaranmasından bəri ən böyük tədbirdir. Sammitə dəvət olunan xarici liderlər arasında Belarus prezidenti Aleksandr Lukaşenko, Hindistanın baş naziri Narendra Modi, İran prezidenti Məsud Pezeşkian, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri Şahbaz Şərif və s. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.Şanxay Əməkdaşlıq Təşkilatının sammiti regionda baş verən hadisələrin müzakirəsi üçün uyğun platforma ola bilərmi?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Çində keçiriləcək Şanxay əməkdaşlıq tədbirinin tədbirinə artıq dünyanın bir çox liderləri iştiraklarını təsdiqləyiblər, Azərbaycan və Ermənistan liderləri də orada iştirak edəcəklər.

Oqtay Qasımov

“Düşünürəm ki, Paşinyan və Azərbaycan prezidenti qısa bir görüş keçirə bilərlər. Türkiyə prezidenti Azərbaycan və Ermənistan liderlərinin ayaqüstü söhbətləri də baş tuta bilər. Prinsipcə, Azərbaycan və Ermənistan liderləri əsas məsələləri həll ediblər və Vaşinqtonda da sülh müqaviləsi sənədini paraflayıblar, memorandum imzalayıblar, hətta orada prinsiplər, bütün mövqelər ortaya qoyulub. Hazırda prosesdə bir məsələ var. O da Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı olan məsələdir. Bu istiqamətdə də Ermənistan hakimiyyəti müəyyən addımlar atmağa cəhd edir”-deyə politoloq qeyd edib.

Politoloq bildirib ki, tədbirdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşə bilmə ehtimalı çox yüksək qiymətləndirilmir, çünki son səkkiz ayda Azərbaycanla Rusiya arasında münasibətlər kifayət qədər gərgindir və bu gərginlikdə səbəbkar Rusiyanın özüdür.

“Bu baxımdan bu ehtimal azdır. Amma Putinin bir neçə gün öncə birinci vitse prezidentə göndərdiyi məktub bu münasibətlərin müəyyən qədər yumşalmasına cəhd kimi də dəyərləndirilə bilər. Mümkün variant kimi dəyərləndirə bilər ki, üçtərəfli formatda bir görüş keçirilsin. Amma hesab etmirəm ki, indiki dövrdə bu görüş reallaşsın. Artıq Azərbaycan və Ermənistan heç bir tərəfin, xüsusilə də Rusiyanın iştirakı olmadan məsələləri həll etməyə qərar veriblər və bu istiqamətdə addımlar atılır”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
bizimyol.info

1Mənbələr