AZ

Ən ağır NFL oyunçusu artıq çəkiyə görə komandadan QOVULDU – FOTO

NFL tarixində ən ağır oyunçu komandadan uzaqlaşdırılıb.

Interpress.az xəbər verir ki, ABŞ Futbol Liqasının (NFL) Tampa Bay Buccaneers klubu 204 kiloqram çəkisi ilə liqanın ən ağır oyunçusu hesab edilən yeni transfer Desmond Uotsonla müqaviləni ləğv edib.

Rəhbərlik ondan artıq çəkini atmağı və formasını yaxşılaşdırmağı tələb etsə də, nəticə əldə olunmadığı üçün o, heyətdən çıxarılıb.

Uotson 3 milyon dollara qədər dəyəri olan üçillik müqavilə imzalamışdı, lakin yalnız 70 min dollar zəmanətli idi.

Əgər o, rəsmi oyuna çıxsaydı, NFL tarixində ən ağır oyunçu kimi rekorda imza atacaqdı. Hazırda rekord Trent Braun və Daniyel Faalelenin (172 kq) adınadır.

Mümkündür ki, Uotson klubun məşq heyətində saxlanılsın və mövsümdə 3 oyuna qədər meydana çıxsın. Baş məşqçi Todd Bouls gələcəkdə onunla işləməyə ümid etdiyini bildirib.

Hazırda isə o, NFL tarixində bir oyun belə keçirmədən ən ağır futbolçu kimi qalır.

Xuraman Etibarlı

Interpress.az

Seçilən
19
interpress.az

1Mənbələr