AZ

Bakıd ən yüksək maaş Pirallahıdadır I 2358 manat

Ə AzVision.az -ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, Pirallahıda 7 408 nəfər muzdlu işçinin orta aylıq əməkhaqqı 2 358,2 manat olub. Siyahıda ikinci yerdə 117 846 nəfərlə Səbail (2 028,8 manat), üçüncü yerdə isə 24 569 nəfərlə Qaradağ (1 623,3 manat) rayonları qərarlaşıb.

Dördüncü yerdə 33 106 muzdlu işçi sayı ilə Xəzər rayonu (1 603,3 manat), beşincidə isə 62 996 muzdlu işç ilə Nəsimi rayonu (1 462 manat) gəlir. Digər rayonlarda orta əməkhaqqı göstəriciləri 1 265-1 127 manat arasında dəyişib. Belə ki, Xətai rayonunda 92 818 muzdlu işçi olduğu halda, onların orta maaşları 1 265,3 manat, 62 996 muzdlu işçinin qeydə alındığı Nizami rayonunda isə nominal əməkhaqqının məbləği 1 232,5 manat təşkil edib. 115 737 muzdlu işçinin olduğu paytaxtın Nərimanov rayonunda orta əməkhaqqı 1 130,6 manat, 170 710 muzdlu işçinin olduğu Yasamalda isə qeydə alınmış orta maaşlar 1 127,7 manat təşkil edib.

Siyahının sonuncu pillələrini 38 473 muzdlu işçi sayı ilə Sabunçu (999,7 manat), 22 110 muzdlu işçi ilə Suraxanı (917,5 manat) və 69 184 nəfər muzdlu işçilərlə Binəqədi (944 manat) rayonları tutub.

Ümumilikdə, Bakı şəhərində muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24 063 nəfər artaraq 980 975 nəfərə çatıb. Onların 403 184 nəfəri dövlət, 577 791 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Dövlət müəssisələrində orta əməkhaqqı 1 356,1 manat, özəl sektorda isə 1 388,4 manat olub.

AzVision.az
Seçilən
5
15
azvision.az

10Mənbələr