AZ

Laçında üç məktəbdə 303 şagird təhsil alır

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Laçında üç məktəb - 2 nömrəli tam orta ümumtəhsil məktəbi, Sus kənd tam orta ümumtəhsil məktəbi, Ədalət Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Bu barədə Oxu.Az-a Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu məktəblərdə 303 şagird təhsil prosesinə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 48 nəfər təhsiverən məşğul olur:

"Bu il Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən üç məzunun hər biri tələbə adını qazanıb"

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
oxu.az

2Mənbələr