AZ

"Zirə" Rəşad Sadıqovla 200-cü oyununu keçirdi

“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 200-cü oyununu keçirib.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının 2-ci turuna təsadüf edib. Bakı klubu “Qəbələ” ilə səfər oyununda 2:1 hesablı qələbə qazanıb.

2020-ci ilin yayından “Zirə”ni çalışdıran Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu premyer-liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 matç keçirib. 43 yaşlı mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun komandası 251 qol vurub, 188-ni buraxıb.

Qeyd edək ki, Sadıqovun “Zirə”nin baş məşqçisi vəzifəsində debütü 2020-ci il avqustun 23-də gerçəkləşib. 200-cü matçda olduğu kimi 5 il əvvəl də paytaxt təmsilçisi Premyer Liqa görüşündə Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Həmin vaxt heç-heçə qeydə alınıb – 1:1.

Seçilən
58
22
football-plus.az

10Mənbələr