AZ

Tahir Kərimli: “Piyadaların cərimələnməsi bərpa olunsun”

“Piyadalar cərimədən azad olunandan sonra onların qanunu pozma halları, doğrudan da, artıb. Elə bir vəziyyət yaranıb ki ictimai narahatlığa səbəb olub. Təsadüfi deyil ki, sosial şəbəkələrdə piyadalarla bağlı cərimələrin bərpasına yenidən çağırışlar edilir. İctimai fikrin tərəfdarıyam. Piyadaların cərimələnməsi bərpa olunsun”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

 

O bildirib ki, prinsipcə cərimələrin əleyhinədir: “Xüsusilə, cərimələrin kəskin şəkildə artırılmasının həmişə əleyhinə olmuşam. Hər şeyin əsası nizam-intizamdır. Piyadaların 10-20 manat da olsa, müəyyən miqdarda cərimələnmələrinin tərəfdarıyam ki, qoy məsuliyyətləri artsın. Əlbəttə, bunlar xırda cərimələrdir. Demirəm ki, başqa sahələrdə bəziləri 400-1000 manat cərimələnirlər. Bu cür yox, az miqdarda cərimə məsuliyyəti artırar”.

 

Aytəkin Qardaşova

Tarix: 26 Avqust 2025, 14:00   
Seçilən
14
pravda.az

1Mənbələr