AZ

Tramp Kim Çen İnlə görüşə bilər

BusözləriABŞ Prezidenti Donald Tramp cənubi koreyalı həmkarı Li Çje Menlə görüşü əsnasında dilə gətirib. Belə ki, L.Ç.Men onu"dünyada sülhün yayılmasına xüsusi maraq göstərən, bu məsələdə uğur qazanan ilk prezident"adlandırıb.

"Ona görə ümidvaram ki, Koreya yarımadasına da sülh gətirəcək, Kim Çen İnlə görüşəcəksiniz",– deyən prezident həmçinin vurğulayıb ki, 1953-cü ildən bəri texniki cəhətdən müharibə vəziyyətində qalanölkələri "barışdıra bilsə", o, Donald Trampı dəstəkləyəcək.

ABŞ Prezidenti bu "təklif"i məmnuniyyətlə qarşılayaraq, müvafiq danışıqlar aparılacağını diqqətə çatdırıb.

"Zənnimcə, Kim Çen İn də mənimlə görüşmək istəyər. Onunla görüşməyi, münasibətləri yaxşılaşdırmağı səbirsizliklə gözləyirik",– o söyləyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
19
azvision.az

1Mənbələr