AZ

Ağ Ev Trampın əlindəki qaralmaların səbəbini açıqladı - VİDEO

ABŞ Prezidenti Donald Trampın əlində son gündə qaralmaların görülməsi onun xəstə olması barədə iddiaları gündəmə gətirib.

Paralel.az NTV-yə istinadla xəbər verir ki, yaranmış müzakirələrdən sonra Ağ Ev ABŞ prezidentinin səhhəti ilə bağlı açıqlama verib.

Trampın həkimi Sin Barbabella deyib:

“Bu vəziyyət tez-tez əl sıxmaqdan və standart standart ürək-damar profilaktikası rejiminin bir parçası olaraq aspirin istifadəsindən qaynaqlanan yumşaq toxumaların qıcıqlanmasından qaynaqlanır. Bu, aspirin terapiyasının tanınmış və zərərsiz yan təsiridir”.

Trampın keçmiş həkimi Ronni Cekson isə Trampın ABŞ-nin indiyə qədər gördüyü ən sağlam prezident olduğunu deyib.

Billurə

Seçilən
24
2
paralel.az

3Mənbələr