ABŞ Prezidenti Donald Trampın əlində son gündə qaralmaların görülməsi onun xəstə olması barədə iddiaları gündəmə gətirib.
Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, yaranmış müzakirələrdən sonra Ağ Ev ABŞ prezidentinin səhhəti ilə bağlı açıqlama verib.
Trampın həkimi Sin Barbabella deyib:
“Bu vəziyyət tez-tez əl sıxmaqdan və standart standart ürək-damar profilaktikası rejiminin bir parçası olaraq aspirin istifadəsindən qaynaqlanan yumşaq toxumaların qıcıqlanmasından qaynaqlanır. Bu, aspirin terapiyasının tanınmış və zərərsiz yan təsiridir”.
Trampın keçmiş həkimi Ronni Cekson isə Trampın ABŞ-nin indiyə qədər gördüyü ən sağlam prezident olduğunu deyib.
Billurə