AZ

The Telegraph: “Müharibə bitsə ruslar kasıblayacaq”

AzVision.az xəbər verir ki, “The Telegraph” nəşrinin iddiasına əsasən, sanksiyalara görə aktivlərini və Qərblə əlaqələrini itirmiş “köhnə” elitanın bir hissəsindən fərqli olaraq, müdafiə sənayesinin yeni oyunçuları müharibəni şəxsi qazanc və nüfuzun gücləndirilməsi mənbəyi kimi görürlər.

“Kreml üçün əsas stimul iqtisadiyyat olaraq qalır: hərbi sifarişlər və artan müdafiə xərcləri böyük maliyyə axını yaradır. Müdafiə sektoru ilə əlaqəli şirkətlər milyard dollarlıq müqavilələr alır, onların sahibləri və menecerləri super gəlir əldə edirlər. Rifahı bilavasitə hərbi əməliyyatların davam etdirilməsindən asılı olan yeni zəngin təbəqə formalaşır”,- qəzetdə dərc edilən materialda deyiıir.

Ekspertlərin fikrincə, müharibənin başa çatması bu qruplara zərbə olacaq və həm də sosial qeyri-sabitliyə gətirib çıxaracaq. Cəbhədən qayıdan əsgərlər və onların ailələri tez bir zamanda qazanclarını itirəcək və yenidən yoxsulluğa düçar olacaqlar. Oxşar ssenari artıq Birinci Dünya müharibəsindən sonra, veteranların Adolf Hitlerin hakimiyyətə gəlməsi üçün sosial bazaya çevrildiyi Almaniyada da müşahidə olunurdu.

Ayrı bir ölçü vahidi təhlükəsizlik strukturlarınıngücləndirilməsidir. Ordu və xüsusi xidmət orqanlarının nümayəndələri daha çox səlahiyyət və aktivlər üzərində nəzarət əldə ediblər. Müharibənin sonu onları təsir imkanlarının itirilməsi ilə hədələyir, ona görə də həmin qüvvələr bunun qarşısını almaq üçün əllərindən gələni edirlər.

- Təbliğat da mühüm rol oynayır: dövlət mediası əhalini inandırır ki, müharibə təkcə “milli maraqların qorunması” deyil, həm də ölkəni “köhnə” elitadan təmizləmək və “yeni cəmiyyət” qurmaqdır. Bu, rejimin hərəkətlərinə legitimlik və ictimai dəstək görüntüsü yaradır”,- nəşr vurğulayır.

Bu baxımdan, “sülhə hazırıq” bəyanatlarına baxmayaraq, Rusiya Ukrayna şəhərlərinə və infrastrukturuna kütləvi hücumları, eləcə də cəbhə xəttində döyüşləri davam etdirir ki, bu da müharibəni bitirməkdə maraqlı olmadığını göstərir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
4
2
azvision.az

3Mənbələr