AZ

Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub

Azərbaycanda 2024-cü ildə övladlığa götürülən uşaqların sayı 165 nəfərə çatıb, bu göstərici 2023-cü illə müqayisədə 137-dən artıb. Bu barədə “Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuədə bildirilib.

Övladlığa götürülən uşaqlardan 26-sı bir yaşadək, 86-sı 1-5 yaş, 31-i 6-10 yaş, 22-si isə 11-17 yaş qrupundandır.

Qeyd olunur ki, ötən il bir qız uşağının övladlığa götürülməsi barədə qərar ləğv edilib.

Gülnar

Seçilən
43
18
anews.az

10Mənbələr