AZ

UNOCHA: Qəzzada aclıq sürətlə yayılır, qarşısı alınmazsa böhran dərinləşəcək

BMT-nin İnsani İşlər Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Olqa Çerevko Qəzzada aclığın sürətlə dərinləşdiyini bildirib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

O, vəziyyətin bütünlüklə və vaxtında həll olunmaması halında aclığın bölgənin digər hissələrinə də yayılacağı barədə xəbərdarlıq edib.

Çerevko yardım materiallarının bölgəyə maneəsiz və davamlı şəkildə çatdırılmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, indiyədək qarşısı alına biləcək ölümlər baş verib və beynəlxalq ictimaiyyət kifayət qədər addım atmayıb.

Əli Hüseynov

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr