AZ

Laçın şəhəri gününün təsis edilməsi: Azərbaycanın Zəfərinin daha bir təntənəsi

Bakı. Trend:

Bu gün Azərbaycan tarixində mühüm və əlamətdar bir hadisədir.Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığısərəncama əsasən 26 avqust Laçın şəhəri günü elan edildi. Bu qərar44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin təcəssümü,xalqımızın birliyinin və mübarizə əzminin rəmzi kimidəyərləndirilir.

Bu sözləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənovadeyib.

Deputat qeyd edib ki, Laçın şəhəri gününün təsis edilməsi milliyaddaşın möhkəmləndirilməsi, gələcək nəsillərə qürurverici birtarix miras qoyulması baxımından mühüm addımdır:

“Laçın Azərbaycanın dilbər guşələrindən biridir. 44 günlük Vətənmüharibəsində tarixi Zəfər nəticəsində 28 il işğal altında qalanLaçın azadlığa qovuşdu və minlərlə laçınlının uzun illər çəkdiyiyurd-yuva həsrəti sona çatdı. Bu böyük qələbə AzərbaycanPrezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasiiradəsi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsindəmümkün oldu”.

Deputat bildirib ki, Laçının işğaldan azad olunması təkcə birrayonun qaytarılması deyil, həm də ölkənin suverenliyi və ərazibütövlüyünün tam bərpası baxımından strateji əhəmiyyət daşıyır:

“Laçının azad edilməsi ilə Azərbaycanın beynəlxalq səviyyədətanınan sərhədləri tam bərpa olundu. Bu hadisə Azərbaycan tarixindəəbədi qalacaq, çünki bu gün dövlətimizin gücünü, ordumuzunqüdrətini və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir”.

Afət Həsənova vurğulayıb ki, bu gün Laçın yeni həyatınaqovuşur:

“Laçın dirçəlir, müasir infrastruktur layihələri həyatakeçirilir, yeni evlər, məktəblər, yollar tikilir. Ən önəmlisi isəlaçınlıların öz doğma yurdlarına qayıdışı təmin edilir. Bu həminsanlarımızın həyatında, həm də Azərbaycanın dövlətçilik tarixindəyeni bir mərhələnin başlanğıcıdır”.

Deputatın sözlərinə görə, 26 avqustun Laçın şəhəri günü kimiqeyd edilməsi həm də xalqımızın gələcəyə inamını daha dagücləndirir:

“Bu gün biz təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanınsuverenliyinin, azadlığının və müstəqilliyinin təntənəsini bayramedirik”.

Seçilən
17
1
az.trend.az

2Mənbələr