AZ

Dünyada ilk dəfə ölmüş insana donuz ağciyəri köçürüldü

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, Bama Xiang adlı donuzun sol ağciyəri 39 yaşlı beyin ölümü olan kişiyə transplantasiya edilib və orqan 216 saat ərzində canlı və funksional qalıb. Tədqiqatçılar “hiperakut rədd” adlanan sürətli immun reaksiyanın inkişaf etmədiyini və infeksiya olmadığını qeyd ediblər. Lakin transplantasiyadan 24 saat sonra ağciyərdə maye yığılması və zədələnmə əlamətləri müşahidə olunub. Dərman müalicəsinə baxmayaraq, ağciyər tədricən antikorların hücumuna məruz qalaraq ciddi şəkildə zədələnib. Bu sınaq dünyada donuzdan insana ağciyər transplantasiyası sahəsində ilk dəfə həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlobal orqan tələbatının yalnız 10 faizi ödənilir və “ksenotransplantasiya” bu böhranı həll etmək məqsədi daşıyır. Qeyd edək ki, donuzların digər orqanları – ürək, böyrək və qaraciyər – son illərdə insanlara köçürülsə də, canlı xəstələrdə bu cür transplantasiyaların çoxu həftələr və ya aylar ərzində ölümlə nəticələnir. Araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub.

 

Seçilən
38
1
Ajans.az

2Mənbələr